Excelsior Hotel Shamkir

Excelsior Hotel Shamkir company information, Employees & Contact Information

Şəmkir şəhəri Bakıdan 400 km aralıda, Kiçik Qafqaz dağlarının Şimal-Qərb ətəklərində, Cəyirçay çayının sahilində, şərabı ilə məşhur olan Dəllər kəndinin 4 km-də yerləşir. 5-ci əsrdən başlayaraq Şəmkür adı ilə tanınan şəhər iri ticarət və sənətkarlıq mərkəzi idi. 1818-ci ildə Şəmkir şəhərinin yerində Vürtemberq-Annenfelddən köçürülmüş almanlar məskunlaşdı və bu koloniya 1914-cü ilə qədər mövcud oldu. Qeyd olunan alman koloniyası Şəmkirin inkişafında özünəməxsus iz buraxdı. Burada hər yerdə alman mədəniyyətinin qalıqlarına rast gəlmək mümkündür. 2013-cü il 10 sentyabr tarixində bu gözəl şəhərdə - görkəmli Azərbaycan şairi Molla Vəli Vidadinin vətənində “Excelsior Hotel Shamkir” oteli açıldı. Otelin daxil olduğu “Synergy Group” şirkəti kompleksin tikintisində alman üslubundan istifadə etmək qərarına gəlmişdir. “Excelsior Hotel Shamkir” “Renaissance Construction Azerbaijan” şirkəti tərəfindən layihələndirilmiş və inşa edilmişdir. Otelin binası ən qabaqcıl alman ənənələrinin təzahürüdür. “Excelsior Hotel Shamkir” həm xaricdən, həm də interyerinə görə tamamilə şıq görünüşə malikdir. Alman dəst-xətti hər bir detalda özünü göstərir. Otelin binası gözəl parkla əhatə olunub, burada nəinki təmiz dağ havası almaq, həm də şəhərin səs-küyündən uzaqda, çoxəsrlik ağacların altında dincəlmək mümkündür. Aktiv istirahəti sevənlər üçün bura əsl cənnətdir. “Excelsior Hotel Shamkir” özündə Azərbaycanın qərb regionlarının inkişafının müasir istiqamətlərini əks etdirir. İşçi heyətin böyük bir hissəsini yerli əhalinin nümayəndələri təşkil edir. Şəhərdə yeni istirahət obyektləri açılır. Belə istirahət obyektlərindən biri də Şəmkir İstirahət Mərkəzidir. Burada ailəliklə istirahət etmək olar. Bütün bu faktları, həmçinin mülayim iqlim xüsusiyyətlərini (qışda – 2С-dək, yayda 25С-dək) nəzərə alıb demək olar ki, “Excelsior Hotel Shamkir” tez bir zamanda istirahət sevərlərin sevimli məkanına çevriləcək. “Excelsior Hotel Shamkir” otelinə xoş gəlmişsiniz!

Company Details

Employees
10
Founded
-
Address
75, M.a. Sabir Str.,, Shamkir,shamkir Az5700,azerbaijan
Industry
Hospitality
NAICS
Traveler Accommodation
Casino Hotels
HQ
Shamkir, Shamkir
Looking for a particular Excelsior Hotel Shamkir employee's phone or email?

Excelsior Hotel Shamkir Questions

Top Excelsior Hotel Shamkir Employees

Free Chrome Extension

Find emails, phones & company data instantly

Find verified emails from LinkedIn profiles
Get direct phone numbers & mobile contacts
Access company data & employee information
Works directly on LinkedIn - no copy/paste needed
Get Chrome Extension - Free

Aero Online

Your AI prospecting assistant