Kullinan Jewellery Overview
- Headquarters
- Ganja City, Az
- Industry
- Retail Art Supplies
- Employees
- 6
- Founded
- 2010
About Kullinan Jewellery
Zərgərlik sənəti incəsənətin ən yaşlı növlərindən biridir və onun tarixi çox qədimlərdən başlayır. Tədqiqatlarda bu sənətin yaşı barəsində yekdil fikirlər yoxdur. Zərgərlik əsasən qiymətli metal və daşlardan incə bəzək əşyalarının hazırlanması ilə yanaşı xususi sifarişli işlənmiş sənət inciləridir məsələn: tac, kişi və qadın kəmərləri, xəncər, qılınc, xüsüsi qablar, samovarlar, at üstü yəhərlər, müsiqi alətləri və.s kimi işlərdir ki çox incə şəkildə işlənmiş nəqqaşlıq, naxış tökmə, emal, qaş qoyma ilə üsullandırılmış incə çox dəqiq sənətdir. İndiyədək bu sənətlə bağlı müxtəlif araşdırmalar aparılsa da, hələ onun aşkar olunmayan sirləri çoxdur. Bizim əsas ilk məqsədimiz sırf Azərbaycana məxsus zərgərlik sənətinin inkişafını sürətləndirmək və genişləndirmək müasir Azərbaycan xas modelləri işləmək və siz dəyərli xalqımıza xidmət ilə yanaşı. xarici ölkə vətəndaşlarına sənətimizin təbligi tanıdılması və Azərbaycanın qədim zərgərlik sənətini müasir zərgərlik sənəti ilə inkişafını göstərməkdir. Bununla yanaşı xarici ölkələrdən Azərbaycana gətirilən və bizim doğma zərgəlik məmulatlaranı sıxışdırıb aradan çıxardan və unudulan zərgəlik sənətinin şaxəli qollarından olan şəbəkəçilik, basma, qarasavad, döymə, minasazlıq, oyma, pardaxlama, hatəmkarlıq, həkketmə, hörmə, naxış tökmə və s. bu qolları inkişaf etdirmək və müasirliklə daha da zənginləşdirməkdir. Biz sizlərin fikrinizi dəyərləndirərək siz müştərilərimizin fikir və təkliflərini nəzərə alaraq fərqlənməyə çalışırıq və zərgəlik sənətində yeniliklə fəqlənmək istəyirik. Siz müştərilərimizin təkliflərinə daima açıq fikirli fəliyyət göstəririk. Bunun üçün tam təcrübəli heyətlə siz müştərilərimizə xidmət edirik.